Neft bahalaşıb

İqtisadiyyat

22.06.2022 - 11:47

Azərbaycan neftinin bir bareli 121 dollardan baha satılır

Dünya bazarında neft qiymətlərində artım qeydə alınıb. AYNA xəbər verir ki, WTI markalı neftin iyul fyuçersləri 1,91% bahalaşaraq, bir bareli 111,65 ABŞ dolları olub.

 “Brent” markalı neftin avqust fyuçersləri 1,11% bahalaşaraq, bir bareli 115,40 ABŞ dolları təşkil edib.

Azərbaycan neftinin də qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,87 dollar artaraq 121,73 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az