Neft bahalaşıb

İqtisadiyyat

23.03.2022 - 11:37

Azərbaycan neftinin bir bareli 119 dollardan baha satılır

Dünya birjalarında neft qiymətləri artıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,79 dollar artaraq 117,27 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,60 dollar bahalaşaraq 110,87 dollar olub.

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,26 dollar azalaraq 119,31 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az