Nazirlikdən 158 saylı məktəbdəki dava barədə AÇIQLAMA

Xəbərlər

09.01.2025 - 16:49

cedabet dərman SEO Xidməti

Mübahisə tərəfləri şikayət ərizələri ilə ərazi üzrə polis şöbəsinə müraciət ediblər

Daxili İşlər Nazirliyi (DİN) Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbin həyətində valideynlər arasında baş verən insidentə münasibət bildirib. AYNA-nın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli  deyib ki, ötən il dekabrın 18-də mübahisə tərəfləri şikayət ərizələri ilə ərazi üzrə polis şöbəsinə müraciət ediblər.

“Onların izahatları alınıb, araşdırma zamanı hadisə yerinə baxış keçirilib və protokol tərtib edilərək materiala əlavə edilib. İnsidentin hərtərəfli araşdırılması, tərəflərin hadisə zamanı aldıqları xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə hər iki şəxs ekspertizaya göndərilib. Polis idarəsində prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq hərəkətə hüquqi qiymət veriləcək”, - deyə qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş