“Şəxsi və kart məlumatlarınızı paylaşmayın!”
Daxili İşlər Nazirliyi (DİN) saxta kredit elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
“Sürətli və aşağı faizli kredit imkanı” kimi başlıqlı bankların adlarını və ya loqolarını təqlid edərək fişinq məqsədilə göndərilən mesajlara (keçidlərə) diqqət edin.
Belə saxta və imitasiyalı linklərə keçid etməyin! Şəxsi və kart məlumatlarınızı paylaşmayın!”, - deyə məlumatda vurğulanır.