Nazirlər Kabineti Tovuza 450 min manat ayırıb

Xəbərlər

25.08.2020 - 15:26

Vəsait mülki əhaliyə dəyən zərərin aradan qaldırılması üçün nəzərdə tutulub

 

Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün vəsait ayrılması barədə” Sərəncam imzalayıb.

 

AYNA xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə 450 min manat məbləğində vəsait ayrılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş