Azərbaycan Pakistan və Hindistanı məsələni siyasi-diplomatik müstəvidə həll etməyə çağırır.
AYNA.AZ "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Pakistan-Hindistan müharibəsində Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır:
"Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bir ölkə digər dövlətin ərazisinə zərbələr endirirdi. Hər iki tərəfi məsələni siyasi müstəvidə həll etməyə çağırmışıq. Əgər Azərbaycanın bu yanaşmasından narazı olanlar varsa, mövqeyimizə bir daha diqqətlə nəzər yetirsinlər. Düşünürəm ki, mövqeyimizdə məntiqli bir yanaşma var".