Nazir: "Mina xəritələri çox həssas məqamdır"

Siyasət

27.01.2024 - 15:06

Ceyhun Bayramov: "Ermənistan əvvəllər belə bir xəritənin mövcudluğunu tamamilə inkar edirdi"

"Mina xəritələri, mina mövzusu çox həssas məqamdır. Belə mövzu ilə bağlı Ermənistan 2020-ci ildən bəri oyun oynayır".

AYNA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan əvvəllər belə bir xəritənin mövcudluğunu tamamilə inkar edirdi: "Sonradan təqdim edilən isə tamamilə yararsız kağızlardır. Ermənistanın minanı döşədiyini, amma harada olduğunu bilməməsini deməyi absurddur. Son üç il əzində 480 km uzunluqda, 960 kv.km ərazi tamamilə minalanıb".

Müəllif: Ayna.az