Nazir: "Birgə Sərhəd Komissiyasının parametrləri razılaşdırılıb"

Aktual

27.04.2022 - 14:18

Ceyhun Bayramov: "Vədlərdən konkret işlərə keçməyin vaxtıdır” 

“Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının parametrləri barədə ölkələr arasında razılıq əldə edilib”. AYNA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Birgə Sərhəd Komissiyasının fəaliyyətə başlaması üçün şərait mövcuddur: "Regionda nəqliyyat-kommunikasiya sistemlərinin açılmasına Azərbaycan töhfə verir. Amma vaxt baxımından bəzi məsələlər gözləntilərə uyğun getmir”.

C.Bayramov qeyd edib ki, layihələrin Ermənistan ərazisində davam etdirilməsi İrəvanın mövqeyindən asılıdır: "Vədlərdən konkret işlərə keçməyin vaxtıdır”.

Müəllif: Ayna.az