Xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib
Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbdə aparılan inşaat əsnasında təhsil ocağına məxsus binanın çökməsilə bağlı məlumat yayılıb. Hadisə nəticəsində bir neçə şəxsin öldüyü bildirilib.
AYNA-nın xəbərinə görə, məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yeni inşa olunan məktəb binasında baş verib: “Ölən və yaralananlar var. Amma onlar məktəb şagirdləri deyillər. Çünki məktəb istifadəyə verilməyib”.
Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən bildirilib ki, xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib. Yaralı şəxs reanimasiyaya yerləşdirilib.

