Naxçıvanda Atatürkün xatirəsi anılıb

Xəbərlər

10.11.2023 - 18:24

cedabet dərman SEO Xidməti

Türkiyə Cümhuriyyətinin qurucusunun Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub

Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub.

AYNA-nın “Report”a istinadən xəbərinə görə, anım mərasimində əvvəlcə böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya abidə önünə gül çələngi qoyub.

Tədbirdə dövlət nümayəndələri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.

Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam etdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş