Naxçıvanda 21 yaşlı hamilə qadın ölüb

Hadisə

18.01.2025 - 21:34

Həkimlər Klinikalar SEO Xidməti

Gülcan Məhərrəmova təzyiq səbəbindən dünyasını dəyişib

Naxçıvanda 21 yaşlı hamilə qadın təcili tibbi yardım avtomobilində ölüb.

AYNA xəbər verir ki, qəfildən halı pisləşən 2004-cü il təvəllüdlü hamilə Məhərrəmova Gülcan İlham qızı üçün təcili tibbi yardım çağırılıb.

O, xəstəxanaya aparılarkən yolda təcili tibbi yardım avtomobilində yüksək təzyiq səbəbindən dünyasını dəyişib.

Mərhum Babək rayonu Payız kəndində dəfn olunub.

Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.

Müəllif: Ayna.az