NATO gəmiləri Qara dənizdə

Dünya

19.03.2021 - 12:49

Həkimlər Klinikalar SEO Xidməti

Alyans tərəfdən təlimlərə “Regina Maria”, “Kemal reis” və “Smeli” gəmiləri qatılıblar

 

NATO-nun İkinci Daimi Dəniz Birliyinin gəmiləri Qara dənizdə Gürcüstan Sahil Mühafizəsinin gəmiləri ilə birgə təlimlər keçirib. Bu barədə AYNA TASS-a istinadən məlumat verir.

 

Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, təlimin məqsədi dəniz birliklərinin uyğunluq səviyyəsini artırmaq olub.

 

Alyans tərəfdən təlimlərə “Regina Maria” (Rumıniya), “Kemal reis” (Türkiyə) və “Smeli” (Bolqarıstan) gəmiləri qatılıblar.

 

Birgə təlimlər koronavirus pandemiyası səbəbindən bütün tövsiyələr və ehtiyat tədbirlər görülərək həyata keçirilib.

 

Qeyd edilir ki, NATO gəmiləri martın 15-də Gürcüstanın ərazi sularına daxil olmuşdu, artıq ölkə sularını tərk ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş