NATO Çin təhlükəsini açıqladı

Dünya

13.07.2023 - 05:13

cedabet dərman SEO Xidməti

“Çinin 2035-ci ilə qədər bütün NATO ərazisinə çata biləcək raketlərdə 1500 nüvə başlığına sahib olacağını gözləyirik”

NATO-nun baş katibi Yens Stoltenberq Çinin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacağını təxmin etdiklərini bildirib. AYNA xarici mediaya istinadən bildirir ki, Stoltenberq Vilnüsdə keçirilən NATO Sammitinin sonunda keçirdiyi mətbuat konfransında sualları cavablandırarkən qeyd edib ki, həmin ildə Çin bütün Şimali Amerika və Avropaya çata biləcək raketlərə də sahib ola bilər.

“Təhlükəsizlik təkcə regional deyil, qlobal xarakter daşıyır. Çinin 2035-ci ilə qədər bütün Şimali Amerika və Avropaya, yəni NATO ərazisinə çata biləcək raketlərdə 1500 nüvə başlığına sahib olacağını gözləyirik. Biz Çinin buna nə qədər yaxınlaşdığını görürük", - deyə NATO rəsmisi qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş