Onların mağazadan 3500 manat dəyərində inşaat materialları oğurlamaları da müəyyən olunub
Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan Ə.Allahverdizadə və əvvəllər məhkum olunmuş F.İsmayılov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı Ə.Allahverdizadədən metamfetamin, F.İsmayılovdan isə heroin aşkar olunub.
Polis əməkdaşları tərəfindən onların Biləcəri qəsəbəsi ərazisindəki mağazaların birindən 3500 manat dəyərində inşaat materialları oğurlamaları da müəyyən olunub.
Faktla bağlı rayon Polis İdarəsində araşdırma aparılır.