Zəlzələ bütün ölkə ərazisində dağıntılara səbəb olub
Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı kəskin artıb.
AYNA.AZ xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanlar 800-dən çox insanın həyatına son qoyub, 1 670 şəxs zəlzələ nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Martın 28-də qeydə alınan güclü təkanlar demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış binaları, inzibati binalar və xəstəxanalar uçub.