Müqəddəs Məryəm kilsəsində şəhidlərimiz anılıb

Xəbərlər

04.12.2020 - 14:21

Həkimlər Klinikalar SEO Xidməti

Müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərinin xatirəsini birgə anırlar

 

Bu gün Bakıdakı Müqəddəs Məryəm Katolik kilsəsində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların xatirəsi yad edilib.

 

AYNA xəbər verir ki, Azərbaycanda Katolik kilsəsinin apostol prefekturasının ordinarisi Vladimir Feketenin iştirakı ilə keçirilən mərasimdə dini ayinlər icra edilib, şəhidlərin ruhuna dualar oxunub.

 

Vladimir Fekete jurnalistlərə bildirib ki, bu kədərli, eyni zamanda, əlamətdar gündə müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərinin xatirəsini birgə anırlar.

 

“Biz Allahın xeyir-duası ilə əta olunmuş birlik və həmrəyliyimizi gələcək nəsillər üçün qoruyub saxlamağa borcluyuq. Katolik kilsəsi Azərbaycanın hakimiyyət orqanlarına, şəxsən Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, eləcə də bütün dini icmaların liderlərinə xalqın birliyinin qorunması və möhkəmləndirilməsində müstəsna roluna görə minnətdardır. Biz əminik ki, son söz ölümün deyil, həyatın olacaq”, - deyə Vladimir Fekete vurğulayıb.

 

Katolik kilsəsinin apostol prefekturasının ordinarisi Azərbaycan xalqına sülh və rifah arzulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş