Müğənni həbs edildi: nəzarət postunda xidməti yoxlama aparılır

Xəbərlər

18.02.2022 - 15:53

Həkimlər Klinikalar SEO Xidməti

Ehsan Zahidov: "Xidməti yoxlamaların nəticəsinə uyğun qərar qəbul ediləcək"

Müğənni Manaf Ağayev və iş adamı Sənan Hüseynov həbs olunublar. AYNA xəbər verir ki, bu barədə Yasamal Rayon Məhkəməsi qərar çıxarıb. Hər iki şəxs icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər ediblər. 

Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.

“Müğənni Manaf Ağayev və iş adamı Sənan Hüseynovun işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər etmələri ilə bağlı onların keçdiyi nəzarət postunda xidməti yoxlama aparılır”. Bu sözləri isə Oxu.az saytına açıqlamasında DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

O qeyd edib ki, xidməti yoxlamaların nəticəsinə uyğun qərar qəbul ediləcək.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni Manaf Ağayev və Sənan Hüseynovun işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş