“Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edib. AYNA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
“İyunun 27-si saat 13:15 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Arazdəyən istiqamətində zavodun atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”, - Azərbaycan Müdafiə Nazirliyinin məlumatında vurğulanıb.