Moskvanın və Moskva vilayətinin hava məkanında bütün uçuşlara müvəqqəti qadağa qoyulub
Rusiyanın paytaxtı Moskvanın növbəti dəfə dron hücümuna məruz qalıb. AYNA xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.
Bildirilib ki, dron şəhərdəki məşhur biznes mərkəzi “Moskva-Siti”nin binalarından birinin damına çırpılıb.
Məlumata görə, şəhərin mərkəzi ilə yanaşı Moskva vilayətinin bir sıra rayonları da dron hücumuna məruz qalıb. Partlayış səslərinin eşidildiyi qeyd edilir.
Eyni zamanda, "112" “Telegram” kanalının məlumatına görə, iş mərkəzinə dron zərbəsi nəticəsində 1 nəfər yaralanıb. Yaralanan binanın mühafizəçisidir.
TASS-ın yaydığı məlumata görə, hava hücumundan müdafiə qüvvələri dron hücumunu dəf ediblər.
Rusiyanın paytaxtı Moskvanın və Moskva vilayətinin hava məkanında bütün uçuşlara müvəqqəti qadağa qoyulub.