Moskvada “Məsihin dirilməsi” kilsəsi açıldı

Dünya

14.06.2020 - 13:46

Mərasimində koronavirus səbəbindən çox adam iştirak etməyib

 

Moskva və bütün Rusiyanın Patriarxı Kirill Rusiya Silahlı Qüvvələrinin əsas məbədini – “Məsihin dirilməsi” kilsəsinin açılışını edib. AYNA “RİA Novosti”ə istinadən xəbər verir ki, İkinci Dünya müharibəsində qələbənin 75 illiyi münasibətilə Moskva yaxınlığında “Patriot” Hərbi-Vətənpərvərlər parkında katedral və hərbi muzey inşa olunub.

 

Buranın açılışı Qələbə Günü planlaşdırılsa da, koronavirus pandemiyası səbəbi ilə tədbir təxirə salınmışdı. Bu gün baş tutan açılış mərasimində çox adam iştirak etməyib. Sanitar tələblərə uyğun olaraq, mərasimdə yalnız Rus Pravoslav Kilsəsinin yepiskopları və keşişləri, Müdafiə naziri  Sergey Şoyqu, onun müavinləri iştirak ediblər.

 

Məbəd “Qiyamət” Xeyriyyə Fondu tərəfindən vətəndaşların və təşkilat könüllülərinin ianələri ilə inşa olunub. Tikinti üçün üç milyard rubldan çox pul yığılıb.

Müəllif: Ayna.az