AZAL məlumat yayıb
Rusiyanın Moskva şəhəri üzərində hava məkanının açılması ilə əlaqədar Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reysləri müvafiq olaraq saat 12:25 və 12:35-də yola düşüb.
AYNA.AZ xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.
Qeyd edək ki, Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olundu.