Moskvada daha 44 nəfər koronavirusdan ölüb

Dünya

28.04.2020 - 08:58

Rusiyada koronavirusdan ölənlərin sayı artıb 

 

Moskvada daha 44 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA lenta.ru-ya istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında Covid-19 qurbanlarının sayı 479 nəfərə çatıb.

 

Son məlumata görə, Rusiyada 6198 nəfərdə yeni yoluxma faktı qeydə alınıb. Ölkə üzrə bu rəqəm 87 min 147 –dir. Virusdan 794 nəfər ölüb, 7346 nəfər isə sağalıb.

Müəllif: Ayna.az