Moskvada daha 32 nəfər koronavirusdan dünyasını dəyişib

Dünya

09.07.2020 - 05:27

Rusiyada 700 mindən çox koronavirus xəstəsi var

 

Moskvada son sutka ərzində 32 nəfər koronavirus infeksiyası səbəbindən dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında Covid-19 qurbanlarının sayı 4059 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiyada 700 mindən çox koronavirus xəstəsi var. 472 mindən çox insan dünyasını dəyişib.

Müəllif: Ayna.az