Moskvada daha 29 nəfər koronavirusun qurbanı olub

Dünya

15.07.2020 - 08:56

Rusiyada koronavirusa yoluxanların sayı 739 947 nəfərdir 

 

Moskvada sutka ərzində daha 29 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 234 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 739 947, ölənlərin sayı isə 11 614 nəfərdir.

Müəllif: Ayna.az