Moskvada COVID-19 daha 35 nəfərin həyatına son qoyub

Dünya

01.07.2020 - 07:36

Rusiyada koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 35 nəfər ölüb.

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

 

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 35 xəstə dünyasını dəyişib".

 

Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin ümumi sayı 3 831 nəfərə çatıb.

Müəllif: Ayna.az