Elxan Şahinoğlu: “Tramp Rusiyanı “böyük yeddilər”ə qaytarmaq istəyir”
““Böyük yeddilər”in toplantıları fikir mübadiləsi üçün müstəvidir. Bu toplantılarda yekdil qərarlar qəbul olunmur, sənədlər imzalanmır. Bəlkə də elə bu səbəbə görə ABŞ Prezidenti Donald Tramp “böyük yeddilər”in toplantılarına maraq göstərmir. Tramp ikitərəfli görüşlərə və anlaşmalara üstünlük verir. Təsadüfi deyil ki, müşavirləri Trampı Fransaya getməyə güclə məcbur ediblər”.
AYNA xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu şəxsi “Facebook” hesabında paylaşıb. Onun sözlərinə görə, “böyük yeddilər”in liderləri Fransada bir çox mövzuda fikir mübadiləsi aparıblar.
Ayna.az