Azərbaycan vətəndaşları Rusiyadan çarter reyslərlə gətiriləcək

Siyasət

17.03.2020 - 00:44

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib

 

Rusiyadan ölkəmizə qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün çarter uçuşları təşkil ediləcək.

 

Bu barədə AYNA-ya Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, uçuşların qrafikinə dair əlavə olaraq məlumat veriləcək.

 

Qeyd edək ki, bu gün Azərbaycanın Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub. Telefon danışığı əsnasında koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb.

 

Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib. Yük maşınlarının sürücüləri istisna təşkil edəcəklər.

Müəllif: Ayna.az