Ekipajın Sevastopola çatdırıldığı bildirilib
Qara dənizdə batan Rusiyanın “Moskva” raket kreyserinin ekipajı Sevastopola çatdırılıb. AYNA xəbər verir ki, bu barədə TASS-a dəniz dairələrindəki mənbəsinə istinadən məlumat yayıb.
"Ekipaj daimi dislokasiya nöqtəsinə çatdırılıb", - agentliyin mənbəsi təsdiqləyib.
Qeyd edək ki, aprelin 14-də Rusiya Müdafiə Nazirliyi Qara Dəniz Donanmasının flaqmanı olan “Moskva” raket kreyserinə ciddi ziyan dəydiyini bildirib. Qəzaya səbəb sursatların partlaması ilə nəticələnən yanğın olub. Daha sonra agentlik gəminin yedəyə alınarkən batdığını bildirib.
Əksər məlumatlarda isə kreyserin Ukrayna hərbi qüvvələri tərəfindən raketlə vurulduğu bildirilib. Rusiya tərəfi isə bu məlumatları təkzib edir.