Moskva Ermənistanın göz yaşlarına niyə inanmır? - <font color=red> TƏHLİL</font>

Aktual

01.11.2020 - 14:02

Həkimlər Klinikalar SEO Xidməti

Və ya mifləri dağıdan Oktyabr ayı...

 

Uzun illərdir ki, həm bizim, həm də Ermənistanın cəmiyyəti bəzi miflərlə yaşayırdı, bu isə reallığı görməyə, problemləri çoxbucaqlı və dərinə analiz etməyə imkan vermirdi.

 

Azərbaycanın mifləri:

 

1) “Qarabağın açarı Moskvadadır” - biz 30 ildi bu fikirlə yaşamışıq, halbuki bəzi müxaliflər, o cümlədən də biz tez-tez deyirdik ki, münaqişənin açarı Bakıdadır, Azərbaycan güclü dövlət olmalı, işlək ittifaqlar qurmalıdır,

 

2) “İndiki iqtidar heç vaxt müharibə etməz” – müxalif kəsimin ən çox səsləndirdiyi tezis və mif bu idi, yanıldıq, bunu etiraf etmək lazmdı. Bir tək Erkin Qədirli söyülsə də, qınaqlara məruz qalsa da son illər bunun tam əksini söyləyirdi, yazırdı, danışırdı

 

 3) “Demokratik ölkə qurmasaq Qarabağı ala bilmərik” – bu mif də uzun illər əsas tezislərdən biri idi, burada da yanıldıq, çünki məsələlərə çoxbucaqlı baxmırdıq, demokratiyanın məhz Qarabağ məsələsində yan təsirlərini hesablaya bilmirdik (bu haqda Ermənistan mifləri bölümündə). Halbuki, məhz müharibə üçün avtoritar rejim daha uyğundur, amma qələbədən sonra haqlı mövqeyimizi legitimləşdirmək üçün demokratik dəyişikliklər şərtdir. Prezident və onun komandası da bunu anlayır, qələbədən sonra artıq daha rahat dərin islahatlara gedəcəklər, çünki çəkincələri aradan tam qalxacaq.

В Азербайджане отмечается День независимости

Azərbaycanın son illərdə gördüyü hazırlıq işləri:

 

1) 2018-ci ildə Ermənistandakı “rəqs inqilabından” sonra bizdə münaqişənin həllinə ciddi hazırlıqlar başladı, hər zaman Ermənistanın atacağı təxribatçı addımların olma ehtimalı artdı. Təqribən, 2016-ci ildən sonra start götürmüş “oliqarxik-klan” sistemindən “menecerlər” sisteminə keçid başladı. 2018-ci il prezident seçkilərindən sonra bu iş daha da sürətləndi. Bahalı və qeyri-effektiv oliqarxik-loyallıq piramidası dağıdılmağa başlandı, yerinə CEO-lardan ibarət, loyallığı çox baha olmayan peşəkarlardan ibarət yeni komanda qurulmağa başlandı. Son 4 ildə Azərbaycan hökuməti, açar fiqurlar sürətlə dəyişməyə başladı. Bu haqda da 2017-ci ildən bəri ilk biz publik danışırdıq.

 

2) Baş vermə ehtimalı çox yüksək olan Ermənistanın təxribatçı addımlarına əks-həmlələrin effektivliyini artırmaq üçün iqtidardaxili ciddi təmizləmə işləri getdi – Ramiz Mehdiyev, Əli Həsənov və digərlərinin açar vəzifələrdən uzaqlaşdırılıb, rıçaqlarının sındırılması baş verdi ki, müharibə olsa daxildən sistemi silkələnməyə imkan verməsinlər – doğru və zamanında atılmış addım idi. Savaşdan öncə təmizlik olmasa idi sistemdaxili çaxnaşmalara fürsət yaranardı. Prezidentin bu gün onlarla xarici mediaya müsahibə verməsi, komandasının beynəlxaql “dildə” danışması, nüfuzlu beynəlxalq QHT-lərin ölkəyə dəvət olunması – bütün bunlar ona görə baş verdi ki, daxili siyasəti və medianı, QHT-ləri son 27 il idarə edən “köhnələr” səhnədən getdi

 

3) Müharibədən öncə daxili siyasətdə də ciddi önləyici addımlar atıldı – müxalifətə dialoq təklifi oldu, biz REAL olaraq bu təklifə “hə” deməmişdən öncə bir neçə gün ciddi müzakirələr getdi, müsbət cavab verməyimizin bir çox səbəbi oldu, amma əsas səbəblərdən biri də Qarabağla bağlı müəyyən hadisələrin baş vermə ehtimalının yüksək olması idi – həmin anda dövlətin atacağı addımların müxalifətdən gələn dəstəyinə ehtiyac yaranacaqdı. İqtidarın bu addımı daxili çəkişmələrin (90-cı illərdən yaxşı dərslər çıxarılmışdı) mümkünlüyünü sıfıra endirdi – bu isə daxili sabitliyin açarı rolunu oynadı

 

4) Son 2 ildə iqtidar işlək və de-fakto ittifaqlar qurdu, bu isə əks-hücum əməliyyatında həlledici rol oynadı

 

5) Bəzi özəl detallar da var – bu haqda qələbədən sonra.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə  keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

Ermənistanın mifləri:

 

1) “Azərbaycan Qarabağı unudub, daha savaşmayacaq”

 

2) “Azərbaycanın ordusu zəifdir”

 

3) “Azərbaycanın gözünü 90-lada elə qırmışıq ki, bir daha müharibə etməzlər”

 

3) “Rusiya həmişə bizi dəstəkləyəcək – hətta Qərblə daha yaxın olsaq da”

 

4) “Ermənistanda demokratiya qurulub – Qərb bizim yanımızda olacaq, ona görə də işğalı demokratiya ilə pərdələyə biləcəyik”

 

5) “Ermənistanın güclü ordusu, qalib generalları var”

 

Bütün bu miflər Ermənistanı uçuruma aparan əsas faktorlar oldu, doğru hesablamalar apara bilmədilər.

 

Ermənistanın hazırlığı:

 

1) Paşinyan populist siyasətçidir, komandası da siyasi populizm üzərindən hakimiyyətə gəldi. Düşündülər ki, dünyada demokratik imic yaradıblar, atdıqları addımlar hər bir halda dəstəklənəcək

 

2) Paşinyan demokratik yolla hakimiyyətə gəlib – seçkini udub və vədlərindən biri də Qarabağ məsələsinin Ermənistanın xeyrinə həlli idi. Demokratiyanın yan təsirləri önə çıxdı – söz vermişdi deyə daim reytinqini qorumalı olduğu üçün bu məsələdə Saakşvilinin 2008-ci ildə Osetiyada etdiyi səhvi etdi, düşüncəsiz bəyanatlar, populist çıxışlar və Qarabağın işğalını demokratiya ilə rəsmiləşdirmək cəhdi baş Verdi

 

3) Paşinyan da daxili klanları neytrallaşdırmaq istədi – həbslər, sıxışdırmalar oldu, amma bunu tam bacarmadı, anlamadı ki, mübarizə apardığı daxili “Qarabağ klanı” 30 ilə yaxındı ki, Ermənistanın Ordu piramidasını, təhlükəsizlik sistemini qurub – sən başda oturanları dəyişə bilərsən, amma orta və aşağı eşalonlar, hərbi generallar, xüsusi xidmət orqanlarında açar isimlər “Qarabağ klanına”, dolayısı ilə Moskvaya bağlı idilər deyə, Paşinyan daxili təmizliyi bacara bilmədi

 

4) Bu gün işğalçı Ermənistanda baş verən xaotik vəziyyət məhz demokratiyanın yan təsirləri və klanlar arası savaşın nəticəsidir

 

5) Paşinyan və komandası düşündü ki, işğalın legitimliyi Qərbdən asılıdır, bu da səhv və yanlış hesablama idi.

Ermənistanda ruslar əleyhinə aksiya başladı: Rusiya bayrağı tapdalandı -  Fotolar

Gələk Kremlin mövqeyinə:

 

1) Moskva Paşinyan və komandasının son 2 ildə atdığı anti-Rusiya addımlarını görür, səbrlə izləyirdi – Ermənistanda hər mitinqdə Rusiya bayraqları və Putinin portretləri yandırılır, Qərbin ekspansiyası dərinləşir, Kremlə bağlı insanlar, hətta Putinin şəxsi dostları belə təqib olunurdular. Rus sektoru və Rusiya telekanalları bağlandı, Ermənistan mətbuatı anti-Rusiya təbliğatı ilə dolub-daşırdı

 

2) Moskvanı narahat edən məsələlərdən biri də o idi ki, tək Ermənistan hökuməti deyil, cəmiyyəti də anti-Rusiya moduna girməyə, xoşbəxtliyi Qərbdə axtarmağa başladı – bu daha ciddi məsələdir. Paşinyanı istənilən an devirə bilərdilər, amma cəmiyyətə yenidən “Qarabağ klanını” hələ yedizdirə bilmədiklərini aydın görürdülər

 

3) Kreml anladı ki, ilk andan sırf Ermənmistanın tərəfini tutsa Azərbaycanı birdəfəlik və daha dönüşü olmayan qaydada itirəcək, ona görə də “Lavrov planının” (5+2 rayon məsələsi) Azərbaycan Ordusu tərəfindən yerinə yetirilməsini kənardan izləyir

 

4) Moskva anlayır ki, zatən Ermənistanın getməyə yeri yoxdur – hətta Qarabağ savaşında uduzsalar da Kremldən üz döndərə bilməyəcəklər. Azərbaycan və Türkiyə arasında uzanan (hər mənada) Ermənistanın tək nicatı Kremldir – ona görə də, münaqişəyə birbaşa qarışmır, Azərbaycan Ordusunun öz torpaqlarında apardığı mücadiləyə həm də simpatiya ilə yanaşır (gücü, güclünü bəyənən, Krımı güclə ilhaq edən, amma bunu tarixi ədalətin bərpası sayan Rusiya yanaşmasını unutmayaq). Deməli, 2-ci Qarabağ savaşında Azərbaycan qalib olduqda Kremlə daha da yaxın olacaq, Ermənistan isə məğlubiyyətin acısını içində çəkməklə Rusiyaya yan çevirməyin bədəlinin nə qədər ağır olduğunu görəcək

 

5) Rusiya – Türkiyə münasibətlərinin də mühim rolu var: a) Kreml bacardıqca Ankaranı Qərbdən uzaqlaşdırmağa çalışır, b) Suriya və Liviyada maraqları toqquşsa da, bir-biri üçün vazkeçilməz söhbətdaşdılar, v) Türkiyəyə silah, qaz, atom elektrik stansiyası satır – on milyardlarla dollarlıq əlaqələr var, Ermənistan isə dotasiya regionudur.

 

Gələk əsas suala: Rusiya Azərbaycanın tam qələbəsini, Ermənistanın tam kapitulyasiyasını istəyirmi? Məncə, yox, ona görə də imkan düşən kimi silah-sursatla kömək edir, uduzsalar da ayaqda qalmaqlarına yardımçı olur, sonda məsələnin əsas moderatoru olmasına çalışır. Məncə, Kremlin istəyi odur ki, Azərbaycan zatən heç bir mübahisə doğurmayan 7 rayonunu azad etsin, amma Ermənistan tam təslim olmasın – Xankəndində qondarma rejimin cücərtiləri qalsın, sonra Azərbaycan tərkibində də olsa müəyyən statusu ermənilər üçün qopararaq onları “xilas” etdiyini, beləliklə də daimi for-posta məhkum olduqlarını bir daha göstərsin. Bu zaman Kreml həm Azərbaycana, həm də Ermənistana daimi təsir rıçaqını yenə də əlində saxlamış olur, amma Azərbaycan müharibədə udan tərəf olur, torpaqları azad edir, Xankəndində olacaq qondarma rejimi də saxlamış olur. Çox güman, hətta Şuşanın da işğaldan azad edilməsinə maneçilik olmayacaq, amma tam təslim olmağa da imkan verməyəcək. Amma artıq hər şey yenə də Azərbaycandan, qurulmuş de-fakto ittifaqlardan asılı olacaq.

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert