Avropa Şurası Rusiya rəhbərliyinə qarşı xüsusi tribunal yaradıldığını elan edib

Dünya

26.06.2025 - 11:28

cedabet dərman SEO Xidməti

Xüsusi tribunal araşdırma aparacaq, sübutlar toplayacaq və Ukraynaya təcavüzə görə məsuliyyət daşıyan Rusiya yüksək siyasi və hərbi rəhbərlərinə qarşı ittiham aktları hazırlayacaq

Avropada insan haqlarının monitorinqi üzrə əsas orqan olan Avropa Şurası Rusiyanın ali rəhbərliyini Ukraynaya qarşı təcavüz cinayətinə görə mühakimə edəcək xüsusi tribunalın yaradılması haqqında saziş imzalayıb. AYNA.AZ BBC0-yə istinadən bildirir ki, BMT təcavüz cinayətini bir dövlətin başqa ölkənin suverenliyinə, ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı silahlı qüvvədən istifadə etməsi kimi müəyyən edib.

Müqaviləni ölkə Prezidenti Volodimir Zelenski və Avropa Şurasının (AŞ) baş katibi Alen Berset imzalayıb. Mərasim Ukrayna dövlətinin başçısının NATO-nun Haaqa sammitindən sonra gəldiyi Fransanın Strasburq şəhərindəki AŞ-nin binasında baş tutub.

Xüsusi tribunal rəsmi araşdırma aparacaq, sübutlar toplayacaq və Ukraynaya təcavüzə görə məsuliyyət daşıyan Rusiya Federasiyasının şəxsi toxunulmazlıq hüququna malik yüksək siyasi və hərbi rəhbərlərinə qarşı ittiham aktları hazırlayacaq. Tribunal Prezident Vladimir Putin, Baş nazir Mixail Mişustin və xarici işlər naziri Sergey Lavrovu vəzifələrindən getdikdən sonra mühakimə edə biləcək.

Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyətlərindəki boşluğu dolduran tribunal 15 hakimdən ibarət olacaq. Onlar qurumun yaradılması üçün razılaşmaya qoşulmuş dövlətlərin nümayəndələrindən yaradılan komitə tərəfindən seçiləcək.

"İlk dəfə olaraq təcavüz cinayətlərinə baxan xüsusi beynəlxalq tribunal yaradılır. Avropa Şurası çərçivəsində yaradılan bu tribunal BMT Nizamnaməsini pozaraq güc tətbiq edən, beynəlxalq hüququ ikili standartlar olmadan tətbiq edən və Avropa təhlükəsizliyinin susqunluğa və ya cəzasızlığa deyil, qanuna, prinsiplərə və fəaliyyətə əsaslandığını təsdiqləyənləri məsuliyyətə cəlb edəcək", - deyə bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş