Peskov: “İstintaq Komitəsinin sədri Azərbaycanın baş prokuroru ilə daimi əlaqə saxlayır”
“Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Yekaterinburq və Bakıda rezonans doğuran işlərlə bağlı problemli məsələləri müzakirə etmək üçün Azərbaycanın baş prokuroru Kamran Əliyevlə daimi əlaqə saxlayır”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri brifinqdə Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, tərəflər “problemli görünən məsələlərlə məşğul olurlar”.
"Hazırda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Azərbaycanın baş prokuroru ilə daimi əlaqə saxlayır. Bu təmaslar zamanı onlar problemli görünən məsələlərlə məşğul olurlar", -deyə Peskov vurğulayıb.