Fermerlərin səyyar tibbi müayinəsi təşkil edilib
Laçın Rayon Mərkəzi Xəstəxanasının həkim-mütəxəssisləri tərəfindən mövsümi olaraq Laçın rayonunun Ağbulaq, Şeylanlı, Qarakeçdi kəndlərinə və yaylaqlara mövsümi köçən fermerlərin səyyar tibbi müayinəsi təşkil edilib.
Xəstəxanadan AYNA.AZ-a verilən məlumata görə, terapevt, endokrinoloq, pediatr, dermatoloq, infeksionist, ultrasəs müayinə, laborant ixtisasları üzrə həkimlərdən ibarət briqada tərəfindən aparılan müayinələrə 16-sı uşaq, 58-i isə 18 yaşdan yuxarı olmaqla, ümumilikdə, 74 nəfər cəlb olunub.
