İraqda beynəlxalq koalisiya gələn il missiyasını başa vuracaq

Dünya

02.07.2025 - 15:17

cedabet dərman SEO Xidməti

Məhəmməd Şiya əs-Sudaniyə koalisiyaya daxil olan ölkələrlə müzakirələr aparır

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya 2026-cı ilin payızında İraqdakı missiyasını başa vuracaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudaniyə deyib.

Hökumət başçısının sözlərinə görə, İraq hakimiyyəti hazırda koalisiyaya daxil olan ölkələrlə təhlükəsizlik sahəsində ikitərəfli münasibətlərə keçmək üçün danışıqlar aparır.

Xatırladaq ki, 2014-cü ildə İŞİD qruplaşması İraq ərazisinin təxminən üçdəbirini ələ keçirmişdi. 2015-ci ildə hökumət qüvvələri beynəlxalq koalisiyanın dəstəyi ilə qruplaşmaya qarşı miqyaslı əməliyyatlara başlamış və 2017-ci ilin dekabrında İŞİD-i məğlubiyyətə uğratmışdı. 2020-ci il yanvarın 5-də isə İraq parlamenti beynəlxalq qüvvələrin respublika ərazisindən tamamilə çıxarılmasını tələb edən qətnamə qəbul etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş