Bütün ixtisaslar üzrə tədris yalnız Azərbaycan və ingilis dillərində aparılacaq
2025-26-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədris mərhələli şəkildə dayandırılacaq. AYNA.AZ “Teleqraf.com”a istinadən xəbər verir ki, bütün ixtisaslar üzrə tədris yalnız Azərbaycan və ingilis dillərində aparılacaq.
Məlumata görə, hazırda rus sektorunda təhsil alan tələbələr avqustun 20-dək Azərbaycan dili üzrə dil imtahanı verməlidirlər.
Qeyd olunur ki, bu proses milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədilə həyata keçiriləcək.