Moldova hava məkanını mülki aviasiya üçün açıb

Dünya

22.03.2022 - 12:29

Həkimlər Klinikalar SEO Xidməti

Yaxın vaxtlarda müntəzəm uçuşlar həyata keçirən aviaşirkətlər öz işini bərpa edəcəklər

Martın 21-dən Moldova hava məkanını mülki aviasiya üçün açıb və müntəzəm uçuşlar həyata keçiriləcək.

AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Respublika Mülki Aviasiya Departamenti məlumat yayıb.

"Milli hava məkanının bir hissəsi mülki aviasiyanın istifadəsi üçün açıq olacaq ki, bu da müntəzəm sərnişin daşımalarını bərpa etməyə imkan verəcək. Moldovadan uçuşlar Rumıniya ərazisindən keçəcəklər”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, yaxın vaxtlarda Kişinyov Beynəlxalq Hava Limanına müntəzəm uçuşlar həyata keçirən aviaşirkətlər öz işini bərpa edəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş