Mirzoyan: “Sülh müqaviləsini mümkün qədər tez imzalamaq üçün real şans var”

Aktual

09.09.2024 - 17:22

Həkimlər Klinikalar SEO Xidməti

“Sülh müqaviləsi layihəsinin 16 maddəsindən 13-ü tam razılaşdırılıb”

“Ermənistan və Azərbaycanın tezliklə sülh sazişi imzalamaq üçün real şansları var”. AYNA erməni mediasına istinadən xəbər verir ki, bu sözləri İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburq Böyük Hersoqluğunun Baş nazirinin müavini, xarici işlər, əməkdaşlıq və xarici ticarət naziri Ksavye Bettel ilə birgə keçirdiyi brifinqdə deyib.

Mirzoyanın sözlərinə görə, sülh müqaviləsi layihəsinin 16 maddəsindən 13-ü tam razılaşdırılıb: “16 maddə var, onlardan 13-ü tam razılaşdırılıb, 3-ü qismən razılaşdırılıb. Baş nazir Nikol Paşinyan 17 maddədən danışıb, görünür, o, preambulanı da nəzərdə tuturdu”.

"Biz inanırıq ki, qısa müddətdə sülh sazişi imzalamaq və Cənubi Qafqazda uzunmüddətli sabitliyə qapı açmaq üçün real imkan var", - Mirzoyan qeyd edib.

Azərbaycanla sərhədlərin delimitasiyası və komissiyaların birgə fəaliyyəti haqqında bu yaxınlarda imzalanmış əsasnamələrdən danışan XİN rəhbəri vurğulayıb ki, Ermənistan hakimiyyətinin cəmiyyət üçün heç bir xoşagəlməz sürprizi yoxdur: “Sizi əmin edirəm ki, bizim cəmiyyətimiz üçün heç bir xoşagəlməz sürprizimiz yoxdur. Alma-Ata Bəyannaməsini dəyişdirə biləcək digər prinsiplər isə müzakirə edilmir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş