İbrahim Məmmədov: “Gələn həftə Azərbaycanda peyvəndləməyə başlanılacaq”
“Azərbaycanda son qapanmadan sonra müsbət nəticələr özünü göstərir. Müharibə dövründə yoluxmaların sayında artım müşahidə edilirdi”. AYNA APA-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan artıq pandemiya ilə mübarizədə növbəti mərhələyə qədəm qoyur.
“Gələn həftə Azərbaycanda peyvəndləməyə başlanılacaq”, - deyə İ. Məmmədov vurğulayıb.