Şəhər ərazisinə 30-dan çox mərmi atılıb
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. AYNA xəbər verir ki, bu gün Füzuli rayonunun Horadiz şəhəri düşmən tərəfindən yenidən artilleriya atəşinə tutulub.
Şəhər ərazisinə 30-dan çox mərmi atılıb. Azərbaycan Ordusu ilə üz-üzə gəlməyə cürət etməyən düşmən yaşayış məntəqələrimizi intensiv atəşə tutur.