Mirzoyan Kaspşiklə sərhədlərin delimitasiyası barədə danışıb

Dünya

26.05.2022 - 19:05

Ermənistanın XİN başçısı ilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi görüşüblər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, görüşdə şəxsi nümayəndənin mandatından irəli gələn bir çox məsələlərə toxunulub. 

"Mirzoyan Ermənistan tərəfinin Qarabağ münaqişəsinin hərtərəfli həlli ilə bağlı mövqeyini bir daha təsdiqləyib və bu kontekstdə ATƏT-in Minsk Qrupunun həmsədrliyinin vasitəçilik rolunu vurğulayıb", - məlumatda bildirilib.

XİN-in açıqlamasında o da vurğulanır ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi, regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açılması üzrə Komissiyanın işi barədə məsələlər də müzakirə olunub.

Müəllif: Ayna.az