MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsi yekunlaşır

Xəbərlər

30.07.2023 - 11:58

cedabet dərman SEO Xidməti

40 və daha yüksək bal toplamış namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər

İyulun 31-i saat 11:00-da bütün fənlər üzrə müəllimlərin işə qəbulu (MIQ) müsabiqəsinin vakansiya seçimi mərhələsi başa çatacaq. AYNA xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda onun müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş