MİQ-in müsahibə mərhələsində iştirak edəcək namizədlərə XƏBƏRDARLIQ

Xəbərlər

15.08.2022 - 12:14

Həkimlər Klinikalar SEO Xidməti

Bu namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq

Təhsil İnstitutu ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərə xəbərdarlıq edib.

İnstitutun İnsan Resursları Mərkəzindən AYNA-ya verilən məlumata görə, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib.

Namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq.

Əlavə olaraq həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş