İmtahanların nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 14-22 iyul tarixlərində keçirilən test imtahanlarının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün fənlər üzrə minimum tələbi 40 bal müəyyən olunub.