Mingəçevir sakinindən odlu silah götürülüb

Xəbərlər

21.07.2021 - 18:53

Lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkarlanıb

 

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, şəhər sakini Xətai Rüstəmovun qanunsuz odlu silah gizlətməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs özünə məxsus “Niva” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb.

 

Onun idarə etdiyi avtomobilə baxış keçirilərkən lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az