Milyonlarla uşaq ev-eşiyindən didərgin düşüb, qaçqın həyatı yaşayır - <font color=red> HESABAT</font>

Dünya

05.05.2020 - 12:32

UNİCEF-in direktoru COVİD-19-un köçkünlərin vəziyyətini daha da pisləşdirdiyini söyləyib

 

Birləşmiş Millətlər Təşkilatı (BMT) keçən il müxtəlif ölkələrdən 46 milyon insanın didərgin düşdüyünü, onlardan 19 milyonunun uşaq olduğunu açıqlayıb. AYNA xəbər verir ki, BMT Uşaq Fondu (UNİCEF) təbii fəlakətlər, vətəndaş müharibələri və münaqişələrə görə, vətənlərindən didərgin düşənlərin vəziyyətini yaxşılaşdırmaq üçün “Evdən itkin düşənlər” adlı hesabat yayımlayıb.

 

Hesabatda, 2000-ci illərdə sayı 25 milyona yaxın olan məcburi köçkünlərin sayının son 5 ildə 40 milyona çatdığı bildirilib. 2019-cu ildə 33 milyon yeni köçkünün qeydiyyata alınması vurğulanan hesabatda onlardan 12 milyonun 18 yaşdan aşağı olduğu qeyd olunub.

 

Hesabata görə, 33 milyon insanın 25 milyonu təbii fəlakətlər, 8 milyonu isə vətəndaş müharibələri və qarşıdurmalar səbəbiylə evlərini tərk etmək məcburiyyətində qalıb.

 

Hesabatı şərh edən UNİCEF-in direktoru Henrietta Fore COVİD-19-un köçkünlərin vəziyyətini daha da pisləşdirdiyini söyləyib: “Milyonlarla köçkün uşaq hələ də qayğıya və qorunmaya ehtiyac duyur. COVİD-19 kimi yeni fəlakətlər baş verdikdə isə bu uşaqların vəziyyəti xüsusilə həssas olur”. 

Müəllif: Ayna.az