General rektorun səlahiyyətlərini icra edəcək
Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Heydər Kamal oğlu Piriyev Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edir.
AYNA xəbər verir ki, yeni yaradılan universitetin rektor vəzifəsinin icrası professor, general-leytenant Heydər Piriyevə həvalə olunub.
Qeyd edək ki, Bakıda keçirilən “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalında "Pilotsuz Uçuş Aparatları" müsabiqəsinin "B" kateqoriyası üzrə 3-cü yerə layiq görülən Heydər Əliyev adına Hərbi İnstitutun kursantları bu gün Milli Müdafiə Universitetində təltif olunublar.
Kursantlarla görüşərək onları təbrik edən Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev onlara gələcək xidmətlərində uğurlar arzulayıb, nailiyyətlərini davam etdirmələri istiqamətində öz tövsiyələrini verib və komandanın bütün üzvlərini mükafatlandırıb.