Parlamentin payız sessiyasının ilk plenar iclasının vaxtı açıqlanıb
Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub. AYNA xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Beləliklə, payız sessiyası çərçivəsində parlamentin ilk plenar iclası oktyabrın 2-də keçiriləcək.