Milli Məclisin komitələrinin sabahkı birgə iclası Şuşada keçiriləcək

Xəbərlər

07.04.2022 - 23:49

Həkimlər Klinikalar SEO Xidməti

İclasda iki məsələnin müzakirəsi nəzərdə tutulub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası Şuşa şəhərində keçiriləcək.

AYNA xəbər verir ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.

1. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti, Gürcüstan Respublikası Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi.

2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Valyuta tənzimi haqqında Azərbaycan Respubliukasının qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun layihəsi

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş