Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi başa çatıb

İqtisadiyyat

15.11.2023 - 14:13

Büdcə zərfinə daxil olan qanunlar birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul olunub

Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinin ilk oxunuşda müzakirəsi başa çatıb. AYNA xəbər verir ki, deputatlar gələn ilin büdcəsi ilə bağlı təkliflərini səsləndiriblər.

Daha sonra büdcə zərfinə daxil olan qanunlar birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul olunub.

Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 282,5 milyon manat və yaxud 0,8 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 493,4 milyon manat və yaxud 11,4 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 138,2 milyon manat və ya 0,4 faiz çoxdur.

Müəllif: Ayna.az