"San-Siro"da baş tutan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb
Oktyabrın 26-da futbol üzrə İtaliya A Seriyasının X turunun oyunlarına start verilib. AYNA xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutub.
Turnir cədvəlinin lideri "Milan" doğma azarkeşlər önündə "Torino" komandasını qəbul edib.
"San-Siro" stadionunda baş tutan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Bu nəticədən sonra "Milan" 28 xalla liderliyini qoruyub. Xallarını 11-ə çatdıran "Torino" isə 13-cü pillədə qərarlaşıb.
Günün digər görüşlərində "Salernitana" səfərdə "Venesiya"nı 2:1 hesabı ilə məğlub edib. "Spesiya" - "Genoa" matçında qalib müəyyənləşməyib - 1:1.