“Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək”
İqtisadiyyat naziri Mikayıl Cabbarovun avqustun 25-də Şəki şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
AYNA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
“Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək”, - deyə məlumatda vurğulanıb.